Yanaraq həyatını itirən körpələrin faciəsi: Mərkəz yenidən qurulacaq
Respublika Perinatal Mərkəzində baş verən faciəvi yanğından sonra mərkəzin əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Minval.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi bu işlərə hazırlıqlara başlayıb. İlk mərhələdə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Bu sənədlərin hazırlanması üçün 388 min manat vəsait ayrılması planlaşdırılır. Xatırladaq ki, 2024-cü ilin yanvarında mərkəzin binasında baş verən yanğın nəticəsində yeddi körpə həyatını itirmiş, dörd nəfər xəsarət almışdı. Yanğın nəticəsində müəssisəyə 361 min manat məbləğində maddi ziyan dəymişdi.
Hadisə ilə əlaqədar olaraq, mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva və digər iki şəxs cinayət məsuliyyətinə cəlb olunmuş və müvafiq məhkəmə qərarı ilə azadlıqdan məhrum edilmişdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir