Yağışlı hava davam edəcək
Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Minval.info”ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Kəraməti ancaq döymək lazımdır" - Meyxanaçılardan cavab (VİDEO)
Metroda intervalla bağlı əhaliyə ŞAD XƏBƏR
Nazirdən yeni TƏYİNAT
DTX erməni terrorçuları ilə bağlı sənədlər yaydı
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi