Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri və keçmiş təhsil naziri Misir Mərdanov, “Pozan” layihəsinə verdiyi müsahibədə təhsil sahəsindəki təcrübələrini və qarşılaşdığı çətinlikləri bölüşüb.
Minval.info xəbər verir ki, aparıcının “Deyirlər, siz şəxsən insanları qəbul edirdiniz. Amma yeni binaya köçəndən sonra heç kimi qəbul etməməyə başladınız və bu işi köməkçinizə həvalə etdiniz” sualına cavab olaraq Misir Mərdanov bildirib ki, əvvəlcə Hökumət Evində insanları şəxsən qəbul edirdi. Lakin zamanla bəzi şəxslərin onu təhqir etməyə çalışdığını gördükdən sonra bu işi köməkçilərinə həvalə edib.
Misir Mərdanov əlavə edib ki, o dövrdə Respublika Tələbə Şurası yaratmışdı və tələbələrlə birbaşa əlaqə saxlayırdı. Lakin bəzi hallarda tələbələrin də onun haqqında mənfi məqalələr yazdığını gördükdən sonra inamını itirib. Buna baxmayaraq, problemləri həll etmək üçün köməkçiləri və şöbə müdirləri vasitəsilə insanlarla əlaqə saxlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək
SON DƏQİQƏRamiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb