08.09.2026 - 15:17
Ölkə 15 baxış

Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi prosesinə start verib. Bu seçim sentyabrın 8-dən 10-na qədər davam edəcək və abituriyentlər saat 23:59-a qədər müraciət edə bilərlər.

Minval.info xəbər verir ki, müsabiqədə iştirak etmək üçün abituriyentlərin qəbul imtahanında topladıqları ümumi balın 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balın 20-dən və riyaziyyat fənni üzrə balın 10-dan az olmaması tələb olunur. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün isə ümumi balın 50-dən az olmaması və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” qiymət alınması kifayətdir.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim edilib. Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Həmçinin, www.abiturient.az saytından və “Wolt” tətbiqindən sifariş etmək imkanı da mövcuddur. Jurnalın elektron versiyasını isə www.abiturient.az saytından ödəniş etməklə yükləmək olar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: