08.09.2026 - 15:10
Ölkə 15 baxış

Azərbaycanda süni intellekt tibbdə inqilab edir

Azərbaycanda səhiyyə sahəsində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu texnologiyalar tibbi görüntülərin təhlili, xəstəliklərin erkən aşkarlanması, klinik qərarların dəstəklənməsi və pasiyent məlumatlarının emalı kimi sahələrdə istifadə olunacaq.

Minval.info xəbər verir ki, hazırda radioloji sahələrdə və həkimlərin iş axınlarının optimallaşdırılması məqsədilə süni intellekt əsaslı tətbiqlər pilot layihələr şəklində həyata keçirilir. Bu istiqamətdə mövcud həllər nəzərdən keçirilir və tibbi dəqiqlik, məlumatların təhlükəsizliyi, şəxsi məlumatların qorunması və mütəxəssis nəzarəti kimi əsas şərtlərə cavab verən həllər barədə ictimaiyyətə məlumat veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: