Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin şərtləri dərc olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il 1-ci nömrəsini çap edib.
“Report” xəbər verir ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 7 istiqamətə bölünür:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq
4. Teatr, kino və xoreoqrafiya sənəti
5. Bədən tərbiyəsi və idman
6. İlahiyyat
7. Jurnalistika
“Xüsusi qabiliyyət imtahanları” jurnalı həmçinin bu sahələr üzrə tədris aparan təhisil müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları, bu sahə üzrə formalaşmış uzun illərin zəngin bilik və bacarıqlar toplusunun peşəkar nəsildən gənc nəslə ötürülməsinin və bununla da daha hazırlıqlı abituriyent axınını yaratmaq üçün bir fürsətdir.
Jurnalı DİM-in M.Müşfiq küçəsi, 1M və A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?