Xuraman Muradova yenə məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən “Milana Medical” MMC barəsində məhkəmə iddiası qaldırılıb.
“Minval.info”nun “Qafqazinfo”ya istinadən məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.
Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.
Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, “Milana Medical”ın sahibi iş qadını və yazar kimi tanınan Xuraman Muradovadır. O, əvvəllər “Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə “Milan Hospital”ın baş direktorudur. Bir müddət əvvəl isə Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılmışdı. Buna onun dövlət büdcəsinə olan vergi və sosial ödənişləri ödəməməsi səbəb olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir