Xırdalanda 4 uşaq acınacaqlı vəziyyətdə yaşayır
Sosial şəbəkədə Xırdalan şəhərinin “Bombey” adlandırılan məhəlləsində 4 uşağın çox pis şəraitdə, paltarsız yaşamaları ilə bağlı görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib. Onun bildirdiyinə görə, uşaqların ən böyüyünün 6, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların anaları isə narkotik aludəçisidir və yaxın vaxtlarda 5-ci övladını dünyaya gətirəcək.
Paylaşımdan görünür ki, uşaqlar paltarsız halda küçədə oynayırlar. Videoda eyni zamanda uşaqların evi olduğu deyilən darısqal otaq da görüntülənib. Sözügedən yerin yaşamaq üçün heç bir şəraiti yoxdur.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılovla əlaqə saxladıq. İcra rəsmisi bildirdi ki, həmin azyaşlıların vəziyyətindən təzəlikcə xəbər tutublar və yaxın saatlarda onların olduğu yerə baxış keçiriləcək:
““Bombey” deyilən ərazi haradırsa, o ünvanı biz bilmirik. Artıq K. Ağazadə ilə danışılıb, bir neçə saatdan sonra Kəmalə xanım, İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçiriləcək. Əgər həmin uşaqları uşaq evinə yerləşdirməsinə ehtiyac olarsa, onlara hər cür köməklik olunacaq”.
https://youtu.be/DpM2ZfStUXc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?