XİN: "Ermənistana təzyiqlərin artırılmasını tələb edirik"
“Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır ki, bu da özünün də üzv olduğu Cenevrə Konvensiyasının normalarını pozması deməkdir”.
Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib:
“Gəncə hadisələri yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələri tərəfindən yerində çəkilib. Bütün materiallar protokol üzrə toplanmış və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb. Birinci növbədə insanların hüquqlarının pozulması, ikinci isə nifrət əsasında törədilən cinayətlərdən gedir. Bu məsələ hələ də müvafiq instansiyalarda baxılmaqdadır. Azərbaycan qanun qarşısında təqsirkarların cavab verməsi üçün əlindən gələni edəcək. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntusuna görə bir nəfər də olsun qanun qarşısına çıxarılmayıb. Biz bir daha törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün dünya ictimaiyyətindən Ermənistana təzyiqlərin artırılmasını tələb edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
O uşağın indiki halı... - Fotolar
Azərbaycanda iyrənc hadisə: Arvadı doğuşa getdi,ata qızını zorladı - VİDEO
Təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
"Putin nüvə zərbəsi endirmək istəsə, Qərb bunu iki dəqiqə qabaq biləcək"
Bütün kənd nəzarətə götürüldü — Koronavirus yayılır