Xarkovda qətlə yetirilən azərbaycanlının meyiti Neftçalaya gətirildi
Ukraynanın Xarkov şəhərində bir neçə gün əvvəl qətlə yetirilən azərbaycanlının meyiti Azərbaycana gətirilib.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü İsmayılov Zaur Hazər oğlunun meyiti Xarkovdan Neftçala şəhərinə gətirilib və bu gün orada dəfn olunacaq.
Qeyd edək ki, hadisə martın 29-da saat 23.00 radələrində Xarkov şəhərinin Lev Landau küçəsi, 26 ünvanında yerləşən azərbaycanlılara məxsus “Ağdam” restoranının qarşısında baş verib.
Məlumatlara görə, “Toyota” markalı avtomobildə əyləşən silahlı şəxslər restorandan çıxan bir qrup insana atəş açıblar. Restorandan çıxan Z.İsmayılov güllə yarası alaraq hadisə yerində ölüb, digər şəxs isə yaralanıb.
Qeyd edək ki, ilkin məlumatlarda Z. İsmayılovun əslən Gürcüstanın Borçalı mahalından olduğu açıqlanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
