Xaricdə yaşayan azərbaycanlı idmançılarla Bakıda görüş keçirilib – FOTOLAR
Xaricdə yaşayan azərbaycanlı idmançılar Nazim Sadıxov, Elgün Xanoğlanlı və Tahir Abdullayevlə görüş baş tutub.
Minval.info xəbər verir ki, görüş Bakı Dayaq Mərkəzində “Davam” Gənclər Hərəkatı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə idmançılarla yanaşı diaspor fəalı Musa Moylam, media nümayəndələri və gənclər də iştirak edib.
Görüş barədə çıxış edən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Cənab Prezident İlham Əliyevin Azərbaycanda idman və gənclərlə bağlı yürütdüyü uğurlu siyasətdən söz açıb.
O həmçinin xaricdə yaşayan idmançıların Bakıya səfərinə dəstək olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Görüş zamanı azərbaycanlı idmançılar qazandıqları nailiyyətlər, üzləşdikləri problemlər və onların həll yolları, o cümlədən qarşıda duran əsas hədəflərdən bəhs ediblər. Səmimi söhbət əsnasında xaricdəki həyat tərzi və gənc nəslin qarşısında duran öhdəliklər ilə bağlı da fikir mübadiləsi aparılıb.
İdmançılar peşəkar idmanla məşğul olmaq istəyən gənc və yeniyetmələrin gələcək karyeralarında önəmli rol oynayacaq məsələlərlə bağlı tövsiyələrini görüş iştirakçıları ilə bölüşüblər. Daha sonra isə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.
Görüşün sonunda xatirə fotosu çəkilib.











Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” Avropada 2 addım irəlilədi
"Qarabağ"dan ilk transfer - FOTO
Dünya bu hicablı qızdan danışır – Video
Fatih Terim yenidən "Qalatasaray"ın baş məşqçisi ola bilər
Joze Mourinyo üçün sürpriz komanda
AFFA hakimlərlə bağlı bu qadağanı ləğv etdi
Əliyar Ağayev "Bayer"in oyununa təyinat aldı - Avropa Liqası