Xaricdə təhsil üçün vasitəçi şirkətlərə diqqət!
Xaricdə təhsil almaq istəyənlər üçün vasitəçi şirkətlər bəzən əsas seçimlərdən birinə çevrilir. Universitet seçimi, sənədlərin hazırlanması, qəbul prosesi və viza məsələləri kimi xidmətlər üçün bu şirkətlərə müraciət edənlərin sayı az deyil. Lakin bu prosesdə ödənilən vəsait və göstərilən xidmətlə bağlı problem yarandıqda tələbələr həm maddi, həm də hüquqi çətinliklərlə üzləşə bilərlər.
Minval.info xəbər verir ki, təhsil eksperti Elvin Bədirov insanlara heç bir halda reklama aldanmamağı tövsiyə edir. O, sosial şəbəkələrdə istənilən şəxsin pul hesabına ciddi reklamlar edə biləcəyini və bu reklamların qarşısına çıxan şəxslərin mütləq keçmişini araşdırmağın vacibliyini vurğulayıb. “Onların təhsil şirkətləri neçə ildir fəaliyyət göstərir? Bu zamana qədər hansı uğurlara nail ola biliblər? Hansı tələbələrin ciddi qəbullarını ala biliblər? Əgər agentliklər xüsusi təqaüd proqramlarını ciddi formada işləyə bilirlərsə və bunun sübutları varsa, həmin agentliklərə etibar etsinlər”, – deyə ekspert qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?