Xanım sürücü yolu kəsdi - "Yol mənimdir, belə sürürəm ..." - VİDEO

Bakının Sabunçu rayonu, Anaşkin küçəsində qəribə hadisə baş verib.
Bu barədə “avtosfer.az”a hadisənin iştirakçısı olan Səhhət Abbasov məlumat verib və video göndərib.
Belə ki, öz yolu ilə hərəkət edən “Mercedes Vito” markalı avtomobilin qarşısına xanım sürücünün idarə etdiyi, 90 NO 018 dövlət nömrə nişanlı, “Mercedes S-Class” markalı avtomobil çıxıb.
Xanım sürücü əks istiqamətdə hərəkət edib və öz yolu ilə gələn “Vito”nun qarşısında dayanıb. Sağa keçməyə yol olsa da xanım sürücü digərindən yolu boşaltmağı tələb edib.
“Yol mənimdir, belə sürürəm, götür zibilini burdan” kimi xanıma yaraşmayan kobud ifadələr işlədib.
Daha sonra isə avtomobili elə yolun ortasında saxlayaraq gedib. “Vito”nun sürücüsü DYP-yə müraciət edərək bu qanunsuz əmələ hüquqi qiymət verilməsini tələb edir.
https://www.youtube.com/watch?v=2ra293fUjTs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var