Xanəndə Elnarəylə Roza Zərgərli çəkilişdə dalaşıb? — AÇIQLAMA
Tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva ilə müğənni Roza Zərgərli arasında mübahisə yaranıb..Zərgərlinin müəllifi və aparıcısı olduğu “Bakı vaxtı ilə” verilişinin çəkilişi zamanı tərəflər arasında yaranan narazılıq söz atışmasına çevrilib. Bildirilir ki, xalq artisti Alim Qasımovun müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Əməkdaşımız məsələylə bağlı R.Zərgərli ilə əlaqə saxlayıb:
“Verilişə bir neçə xanəndə, o cümlədən Elnarə xanım dəvət olunmuşdu. Alim Qasımov dedi ki, digər xanəndələr oxusun, bu gün mən oxumaq yox, feyziyab olmaq istəyirəm. Verilişi də Elnarə xanımın ifası bağladı. Bəzi ifalar uzun alındı və o məndən soruşdu ki, bütün ifalar olduğu kimi gedəcəkmi? Dedim ki, xeyr, hər ifadan üç dəqiqə verəcəyəm. O ərəfədə isə Elnarənin texniki işçilərdən biri ilə mübahisəsi düşmüşdü və məsələ yoluna qoyuldu. Aramızda bundan artıq heç nə olmayıb”.
Qeyd edək ki, sözgedən proqramın bir neçə gün öncə efirə gedən buraxılışı mərhum sənətkar, xalq artisti Ağaxan Abdullayevə həsr olunmuşdu.
E.Abdullayevanın da mövqeyini öyrənməyə çalışacağıq.
Ölkə.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal