Xanəndə aqil məlikovun ürək əməliyyatından sonrakı ilk addımları: Ailəsi və heydər əliyev fondundan dəstək mesajları
Əməkdar incəsənət xadimi və tanınmış xanəndə Aqil Məlikov bir neçə gün əvvəl keçirdiyi açıq ürək əməliyyatından sonra bu gün xəstəxanadan evə buraxılacaq.
Minval.info xəbər verir ki, bu barədə məlumatı onun oğlu, xanəndə Hüseyn Məlikov verib. O, atasının səhhətinin yaxşılaşdığını bildirib.
“Atam iyulun sonunda açıq ürək əməliyyatı keçirdi. Damarları tutulmuşdu və bir neçə damar dəyişdirildi. Əməliyyat uğurla başa çatdı və hazırda səhhəti qənaətbəxşdir. O, artıq yavaş-yavaş yeriyir və danışır. Bu gün evə buraxılacaq. Heydər Əliyev Fondu bu müddət ərzində bizə böyük dəstək göstərdi və atamın səhhətini diqqətdə saxladı. Onlara təşəkkür edirik və hər birinə can sağlığı arzulayırıq. Medianın və insanların duaları da bizə kömək oldu,” – deyə Hüseyn Məlikov qeyd edib.
ƏLAQƏLİ
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
Xatırladaq ki, 74 yaşlı Aqil Məlikov bir neçə gün əvvəl səhhətində yaranan problemlər səbəbindən paytaxt xəstəxanalarından birinə yerləşdirilmiş və açıq ürək əməliyyatı keçirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar