"Çıraq" platformasından 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasından bu ilin noyabrın 1-dək 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib. Bu barədə Publika.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Çıraq” platforması Azərbaycan neft sənayesinin simvollarından biridir və oradan ilk neft hasilatına başlanılmasından 29 il ötüb.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Azərbaycanın ən iri neft yatağı hesab olunur. Bu yataqlar blokunun işlənməsi üzrə ilk hasilat bölgüsü müqaviləsi 1994-cü ilin 20 sentyabrında imzalanıb. 2017-ci ilin 14 sentyabrında isə yataqların birgə istismarına dair yeni saziş bağlanıb və bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də bir sıra beynəlxalq şirkətlər iştirak edir. Bunlar arasında BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %), INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %) və “ONGC Videsh Limited” (OVL) (2,92 %) yer alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiya və sosial müavinətlərin artımı açıqlanıb
Azərbaycan neftinin qiyməti yüksəldi
Visa və Mastercard Azərbaycanda niyə rəqibsizdir
Azərbaycanda 2027-ci ildə güzəşt və azadolmaların məbləği açıqlanıb
Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər
İnəkdən sağılan süd də uçota alınacaq