07.11.2026 - 12:24
Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər
Dünya 368 baxış

Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün irəli sürdüyü “böyük razılaşma” barədə danışıb. Zelenski CNN-ə verdiyi müsahibədə bu razılaşmanın təhlükəli ola biləcəyini bildirib.

Minval.info xəbər verir ki, Tramp cümə axşamı Ağ Evdə Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü təsdiqləyib. O, bu görüşdə müzakirə olunan məsələlərin detallarını açıqlamasa da, “böyük, gözəl bir razılaşma” olacağını vurğulayıb.

Zelenski isə bildirib ki, Ukraynada atəşkəs və gərginliyin azalması üçün bir çox təkliflər və danışıqlar mövcuddur. Lakin Rusiyanın hazırda danışıqlara açıq olmadığını və bu səbəbdən vəziyyətin təhlükəli olduğunu qeyd edib.

Ukrayna lideri, Rusiyanın Avropada yeni təhlükəsizlik arxitekturası müzakirələrinə başlamaq istədiyini və bunun Avropa, xüsusilə də Avropa İttifaqı üçün təhlükəli olduğunu düşündüyünü bildirib. O, 1945-ci ildə Avropanın gələcəyinin müzakirə olunduğu Yalta konfransına istinad edərək, “Yalta 2” formatına hazır olmadıqlarını vurğulayıb.

Zelenski suverenlik və ərazi bütövlüyünün hər bir müstəqil ölkə üçün vacib olduğunu, ən azından qonşularının bunu hörmətlə qarşılamalı olduqlarını qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: