07.11.2026 - 12:04
Media və Yayım Şurası 7-ci Dünya Media Sammitində iştirak edir
Media 286 baxış

Media və Yayım Şurası 7-ci Dünya Media Sammitində iştirak edir

Media və Yayım Şurasının rəhbərliyi Çinin paytaxtı Pekində təşkil olunan 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir.

Publika.az-a qurumdan verilən məlumata görə, sammit “İntellektual dövrdə media: konsensusdan fəaliyyətə” mövzusuna həsr olunub. Toplantıda süni intellektin əlçatanlığının artırılması, dünya mediasının transformasiyası və daha təhlükəsiz dünya üçün media dialoqu və əməkdaşlığı məsələləri müzakirə edilir.

Sammit çərçivəsində sivilizasiyalararası ünsiyyətdə süni intellektin rolu, qlobal kommunikasiyanın idarə olunmasının gələcəyi və Pekinin inkişaf təcrübəsi ilə bağlı fikir mübadilələri aparılır.

Proqram çərçivəsində plenar iclaslar, tematik forumlar, seminarlar və Pekinin mədəni irsi və müasir inkişafı ilə tanışlıq məqsədilə müxtəlif səfərlər təşkil olunur.

Xatırladaq ki, Dünya Media Sammiti 2009-cu ildə doqquz aparıcı media qurumunun təşəbbüsü ilə yaradılıb və qlobal media təşkilatları, beyin mərkəzləri, hökumətlər və beynəlxalq təşkilatlar arasında yüksək səviyyəli fikir mübadiləsi platforması kimi fəaliyyət göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: