Xaçmazda qanunsuz işləyən market aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xaçmaz şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Məhərrəmov Zakir Sabir oğluna məxsus “Ailə market” pərakəndə satış müəssisəsində yoxlama keçirib.
AQTA-dan Minval.info-ya verilən məlumata görə, yoxlama zamanı marketdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, məhsulların saxlanılması zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə, temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin gözlənilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var