Xətai rayonunda liftlər dayandı: Sakinlər təmir işləri ilə bağlı narazılıq içindədirlər
Xətai rayonunun Sarayevo küçəsində yerləşən 9 mərtəbəli binada liftlərin fəaliyyəti dayandırılıb, bu da sakinlərin narazılığına səbəb olub. Onların bildirdiyinə görə, binada aparılan təmir işləri səbəbindən liftlər işləmir.
Minval.info xəbər verir ki, hazırda sakinlər mənzillərinə gedib-gəlmək üçün pilləkənlərdən istifadə etmək məcburiyyətindədirlər. Bu vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı insanlar, uşaqlı ailələr və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinliklər yaradır.
Sakinlər həmçinin liftlərin istismar müddətinin başa çatdığını və onların yenilənməsinə ehtiyac olduğunu vurğulayırlar. Onlar bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin problemin həlli istiqamətində hələ də nəticə əldə olunmadığını bildirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın