Vurğunun dərslikdən çıxarılması müzakirələrə səbəb oldu
Azərbaycan dilinin tədrisi üzrə ümumi təhsil pilləsi, Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət standartlarına uyğun olaraq həyata keçirilir. Bu standartlar çərçivəsində vurğu ilə bağlı bilik və bacarıqlar, əvvəlki kurikulumda olduğu kimi, yalnız nəzəri mövzu çərçivəsində deyil, praktik tətbiqə yönəldilmiş şəkildə təqdim edilir.
Minval.info xəbər verir ki, Elm və Təhsil Nazirliyi vurğunun dərslikdən çıxarılması ilə bağlı açıqlama verib. Nazirlikdən bildirilib ki, müasir yanaşmada dil qaydalarının əzbərlənməsinə deyil, onların düzgün oxu, tələffüz və şifahi nitq prosesində tətbiqinə diqqət yetirilir. Bu səbəbdən vurğu ilə bağlı materiallar şagirdlərin yaş səviyyəsinə uyğun olaraq, müvafiq mövzular çərçivəsində mənimsədilir.
Vurğunun daha səmərəli mənimsənilməsi üçün Azərbaycan dili dərsliklərində 7-ci və 8-ci siniflərdə xüsusi mövzular təqdim edilib. Bu yanaşma, dil qaydalarının yalnız nəzəri şəkildə deyil, şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarında tətbiq edilməsini hədəfləyir. Vurğu, ifadəli oxu, düzgün tələffüz və nitq mədəniyyətinin formalaşdırılması prosesində də sistemli şəkildə öyrədilir.
Sosial mediada müəllimlər, orta məktəb dərsliklərindən vurğunun çıxarılması ilə bağlı müzakirələr aparmışdılar. Onların fikrincə, əvvəllər 5-ci sinif dərsliklərində vurğuya geniş yer verilirdi, lakin son illərdə bu mövzu dərsliklərdən çıxarılıb. Bu il isə buraxılış və qəbul imtahanlarında vurğu ilə bağlı suallar yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli vurğunun dərsliklərdən çıxarılmasını səhv yanaşma kimi qiymətləndirib. Onun sözlərinə görə, vurğunu bilmədən Azərbaycan dilində düzgün danışmaq mümkün deyil və bu, dilə qarşı yanlış bir yanaşmadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
KOBİA sahibkarlara 20 mindən çox lisenziya verdi
DİN-ə tibbi xidmət vəzifəsi tapşırıldı
Xocavənddə yeni tarixi abidə tapıldı
Azərbaycanda ət qiymətləri artacaq? – Ekspert rəyi
Hərbi xidmət keçmədən "yararlı" bilet necə alınır?
Bakı yollarında Formula 1 məhdudiyyətləri başlayır
Azərbaycanın ilk sərhədçi generalı Allahverdiyev vəfat etdi