Vilayət Eyvazovdan iki rəis təyinatı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində bir sıra kadr dəyişiklikləri olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri imzalayıb.
Əmrə əsasən, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb.
Nazirin digər əmri ilə, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri vəzifəsinə təyin olunub.
Bununla belə, Nəsimi Rayon Mühafizə İdarəsi rəisi, polkovnik Bəşirov Elçin Tahir oğlu vəzifəsindən azad olunaraq, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi təyin edilib.
Nəsimi Rayon Mühafizə İdarəsi rəisi vəzifəsinə isə polis mayoru Məmməd Məmmədov təyin olunub.//”MediaPost”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq