Vidadi Zeynalov azadlığa buraxıldı
Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq aparat rəhbəri bu gün səhər saatlarında məhkəmədən sərbəst buraxılıb, o, yaxınlarının müşayiəti ilə birbaşa evinə yollanıb.
Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.
Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Agentliyindən uçan körpü ilə bağlı rəsmi AÇIQLAMA
Əməliyyat olunan Coşqun və Rafaelin səhhəti ilə bağlı açıqlama
ABŞ-ın Azərbaycandakı səfirliyi viza almaq istəyənləri xəbərdar edib
Sabaha olan hava proqnozu açıqlandı
Sabah Bakının bəzi mərkəzi yolları bağlanacaq
Ramil Usubov çevriliş barədə danışdı
Artıq sarı zolaqlar "qüvvədə" - Bu yollarda diqqətli olun! (SİYAHI)