Venesuela parlamentinin sədri özünü prezident elan etdi - Ağ Ev onu tanıdı (FOTO, VİDEO)
Venesuelanın Milli Assambleyası (parlamenti) ilə ölkə prezidenti Nikolas Maduro arasında ötən ilin oktyabrından başlanan qarşıdurma bu gün yeni mərhələyə qədəm qoyub. Parlamentin rəhbəri və müxalifət lideri olan Juan Guaido prezident Maduronu dövlət çevrilişində ittiham edərək özünü prezident elan edib. Və bunun ardınca ABŞ onu Venesuelanın legitim prezidenti kimi tanıyıb…
Juan Guaido paytaxt Karakasda çıxışı zamanı belə bir bəyanat verib. Nəticədə ölkə yenidən qarşıdurmaya sürüklənib. Hazırda küçələrdə “Biz azadıq” bağıran müxalifətlə prezidentə sadiq qüvvələr arasında qarşıdurma yaranıb.

Prezident Nikolas Maduro ikinci müddət üçün özünü yendiən prezident elan edib. Bir çox dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən Venesuela müxalifəti onu qanuni prezident kimi qəbul etmir. Ağ Ev bəyan edib ki, Amerika Juan Guaidonu prezident kimi tanımağa hazırdır.

Karakasda təkcə müxalifətlə polis üz-üzə qalmayıb, prezidentin tərəfdarları da küçələrə axışıb. Havada daşlar uçuşur. Etirazçıların bir çoxu həbs olunub.
Qeyd olunur ki, yanvarın 23-ü Venesuela üçün xüsusi məna daşıyır. Belə ki, 1958-ci ildə diktator Marcos Pérez Jiménezin iqtidarına ölkədə məhz həmin gün son qoyulub.

Qeyd olunur ki, Rusiya, İran, Kuba, Çin, Türkiyə kimi ölkələr prezident Nikolas Maduronu müdafiə edir. ABŞ başda olmaqla Qərb ölkələri onu iqtidardan uzaqlaşdırmağa çalışır.
https://youtu.be/SOHvqV_DpoQ
https://youtu.be/d1xqDwcaAYo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Taliban” qadınları evdə qalmağa çağırdı
Tanınmış aparıcı Fox TV-dən getdi
Xaftarın ordusu Tripoli aeroportuna nəzarəti ələ keçirdi
Suriyadan Türkiyəyə daha 5 raket atıldı
Ərdoğan: “Növbədənkənar prezident seçkiləri olmayacaq”
Türkiyədə öldürülən "qanuni oğru" kimdir?