Valideynləri işsiz kimi qeydiyyatdan keçən tələbələrin nəzərinə!
“Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur”.
Minval.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov feysbukda yazıb.
O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur:
ƏLAQƏLİ
"YAŞAT" Fondundan tələbələrə şad xəbər: Şəhid övladlarına və qazilərə 2000 manatlıq mükafat – ŞƏRTLƏR
“Hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq”“altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək. Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Marsın cənubunda istilik şoku: 400 dərəcə fərq!
Avstraliya qlobal fəlakətdən sağ çıxmaqda liderdir
Məktəblərdə virus təhlükəsi: Uşaqları necə qoruyaq?
Magistraturaya qəbul: Boş yerlərin nəticələri açıqlandı
Müəllimlər üçün müsahibə mərhələsi başlayır
Xaricdə təhsil üçün vasitəçi şirkətlərə diqqət!