Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən bir məktubun görüntüsü yayılıb. Bu məktubda tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğu bildirilir. Ancaq yayılan bu məlumatın həqiqətə uyğun olmadığı açıqlanıb.
Baku.ws-ın məlumatına görə, Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında bu məsələyə aydınlıq gətirilib. Bildirilir ki, Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda heç bir göstəriş verilməyib.
Açıqlamada vurğulanır ki, saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır və bu cür məlumatların yayılması cəmiyyət arasında yanlış anlaşılmalara səbəb ola bilər.
Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələrdən yoxlamağa, saxta sənədləri yaymamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO
FHN-in nəzarətində olan çimərliklərdə sudaboğulma qeydə alınmayıb