15.10.2026 - 01:42
Dünya 6 baxış

Müxalifətə qarşı əməliyyatda Qarabağ qalmaqalı – Erməni kəşfiyyatı yanlış ünvana getdi

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları müxalif “Adekvat” siyasi hərəkatının ofisində axtarış aparmaq üçün gözlənilməz əməliyyat keçiriblər.

Musavat.com xəbər verir ki, təhlükəsizlik qüvvələri ünvana çatdıqda məlum olub ki, həmin binada artıq başqa şəxslər yaşayır.

Ermənistan mediasının məlumatına görə, MTX əməkdaşları axtarış aparmaq üçün “Adekvat” hərəkatının əvvəlki ofisinə gəliblər. Lakin məlum olub ki, bina uzun müddətdir hərəkatın istifadəsində deyil və hazırda orada vaxtilə Azərbaycanın Qarabağ bölgəsində yaşamış erməni ailəsi məskunlaşıb.

Hərəkatın nümayəndəsi Marine Manuçaryan jurnalistlərə bildirib ki, binanın yalnız bir hissəsi təşkilat tərəfindən ehtiyat ofis kimi istifadə olunur. Həmin hissədə müəyyən əşyalar və texniki avadanlıqlar saxlanılır.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri bugünkü əməliyyatdan sonra binanın hərəkatın istifadəsində olan hissəsini möhürləyiblər.

Ermənistan MTX-si axtarışların səbəbini “Adekvat” hərəkatının həbs edilmiş lideri Artur Danielyanın sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirib.

Musavat.com

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: