23.01.2019 - 23:00
Dünya
19 baxış
Vahid Ələkbərov: Hansı bloklar olduğunu demək istəmirəm

Rusiyanın “LUKoil” neft şirkəti Xəzərin Azərbaycan və Qazaxıstana məxsus şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparır.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Prezident İlham Əliyevlə görüşündən sonra “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
“Azərbaycandakı yeni geoloji kəşfiyyat bloklarını nəzərdən keçiririk, SOCAR ilə birgə araşdırırıq. Hansı bloklar olduğunu demək istəmirəm, məsələ erkən mərhələdədir”, – deyə azərbaycanlı milyarder bəyan edib.
V.Ələkbərov, həmçinin Xəzər dənizi ərazisində daha çox işlər görməkdə maraqlı olduqlarını əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31