Vətən müharibəsinin şəhidi il mərasimində yad edilib - Fotolar

44 günlük Vətən müharibəsinin şəhidi, mayor Fərid Ələkbərov şəhadətinin ildönümündə Yasamal rayonu ictimaiyyəti tərəfindən anılıb.
“Minval.info” xəbər verir ki, şəhid hərbi qulluqçunun II Fəxri xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Mərasimdə dövlət himni səsləndirilib, daha sonra şəhidin keçdiyi cəsur döyüş yolundan danışılıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov anım mərasimində şəhidin yaxınlarına başsağlığı verib və gündəlik qayğıları barədə onlarla söhbət edib.
Qeyd edilməlidir ki, Fərid Ələkbərov Türkiyədə hərbi təhsil alıb, daha sonra Gəncə şəhər N saylı hərbi hissədə xidmət edib. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci ilin noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. Fərid Ələkbərov müharibədə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda işğalçı erməni ordusunu məğlub etdiyi və ərazi bütövlüyümüzü bərpa etdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqları da vurğulanıb.
Anım mərasimində Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin döyüş yoldaşları və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dekabrda 11 gün İŞ OLMAYACAQ
Sumqayıt, Şamaxı və Ağstafada qaz kəsiləcək
Azərbaycanda bəzi firmalar çörəyin qiymətini bahalaşdırdı
Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı YENİLİK
"Azərsu": "Şuşanı 24 saat fasiləsiz su ilə təmin edəcəyik"
"Ən dindar olmayan ölkələr" siyahısına Bakıdan reaksiya
30 min iş yeri bu adamlar üçün açılacaq - təfsilat