Vətən müharibəsi şəhidinin ailəsi çətin vəziyyətdə yaşayır - VİDEO
Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin ailəsinin yaşadığı ev yararsız vəziyyətdədir. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin fərdi ev və ya mənzillə təminatı prosesi sürətlə davam edir:
“Prezidentin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq, 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlillərinin mənzillə təminatı işləri aparılır.
Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin atası Əvəz Əliyev də mənzillə təmin olunmaq üçün 20.04.2021 tarixində Gədəbəy rayonu üzrə qeydiyyata alınıb. Bu barədə yerli icra hakimiyyəti orqanından Sosial Xidmətlər Agentliyinə daxil olan 26.04.21 tarixli məlumatda qeyd olunub”.
Qurumdan bildirilib ki, Ə.Əliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?