Vətən müharibəsi iştirakçısı qəzada öldü
Vətən müharibəsi iştirakçısı avtomobil qəzasında ölüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 16-sı saat 5 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və Bakı şəhər sakini E.Ağayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub.
Nəticədə A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Y.Əhmədov Vətən müharibəsi iştirakçısı olub. O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı