Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb. Minval.info xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına əsasən, buraxılışlar şənbə günü yerli vaxtla saat 05:20-də Vonsan bölgəsindən həyata keçirilib. Raketlər təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb.
Cənubi Koreya və ABŞ hərbçiləri raketlərin texniki göstəricilərini araşdırır. İlkin ehtimallara görə, buraxılışlar “Hvason-11” seriyalı ballistik raketləri və 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin mərmilərini əhatə edib. Hadisə Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından cəmi bir gün sonra baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür