Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
Bakının müxtəlif yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda şəhərin 27 istiqamətində sıxlıq qeydə alınıb.
Minval.info xəbər verir ki, sıxlıq olan əsas istiqamətlər arasında Xətai prospekti, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Afiyəddin Cəlilov küçəsi, 28 May küçəsi, Mətbuat prospekti və Səməd Vurğun küçəsi kimi yollar var. Həmçinin, Binəqədi şosesi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi və Atatürk prospekti də sıxlıq olan yerlər sırasındadır.
Bundan əlavə, Ziya Bünyadov prospekti, Bakı-Sumqayıt şosesi, Bakıxanov küçəsi, Neftçilər prospekti, Dənizkənarı küçəsi, Babək prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və 8 Noyabr prospektində də sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək