ÜST peyvəndin bölüşdürülməsi ilə bağlı çağırış edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluge hökumətləri koronavirusa qarşı peyvəndin yayılması və bölüşdürülməsi ilə bağlı daha fəal mövqe tutmağa çağırıb.
“MİNVAL.İNFO” xəbər verir ki, o, ÜST-ün Avropa ofisi nəzdindəki Ümumavropa Səhiyyə və Dayanıqlı İnkişaf Komissiyasının yekun hesabatının təqdimatında çıxış edib.
H.Kluge bildirib ki, çətin mərhələdən çıxmaq üçün əhatəli yanaşma hazırlamaqla peyvəndləmənin miqyasını artırmalıyıq: “Belə ki, hazırda bütün ölkələr peyvəndləməyə qarşı biganəliyi azaltmağa çalışır. Həmçinin istehsalatın imkanlarını artırmalı, coğrafiyasını genişləndirməliyik. Bununla yanaşı, dozaların mübadiləsini də artırmalıyıq”.
Onun sözlərinə görə, Avropa Texniki Məşvərət Qrupu daha yoluxucu və təhlükəli virus ortaya çıxmamış əhalinin 80 faizinin peyvənd olunması vacibdir: “Odur ki, təkcə peyvəndləmə ilə əhalinin immunitet qabiliyyətinə nail olunmaq mümkün deyil. Peyvəndləmə xəstəliyin ağır keçməsinə, ölümcül olmasına yol verməmək üçündür. Peyvəndləmənin daha əhatəli olduğu ölkələrdə bunların xeyli azaldığını görürük”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ