13.03.2023 - 13:46
Təhsil 64 baxış

Universitetlərdə dövlət imtahanı ləğv olundu

Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub.

Minval.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.

O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:

“Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: