Universitet rektorunun Xocalı soyqırımı barədə dedikləri narazılıq doğurdu
Azərbaycan Universitetinin rektoru Xocalı soyqırımının tarixini səhv salıb.
Minval.info xəbər verir ki, təhsil müəssisəsinin rəsmi saytında universitetdə qanlı hadisənin ildönümü ilə bağlı tədbirin keçirildiyinə dair məqalə yer alıb. Məqalədə universitetin rektoru Səadət Əliyevanın çıxışı barədə söhbət açılıb. Həmin xəbərdə onun dilindən qeyd olunub ki, Xocalı soyqırımı yanvar ayında baş verib. Üstəlik, rektorun sözlərinə görə, qanlı hadisə həmin ayın 26-dan 27-ə keçən gecə törədilib.
Məlumat Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlandığına görə, bir sıra xəbər agentlikləri məqaləni olduğu kimi saytlarında dərc edib.
Bunun üzərindən iki gün keçdikdən sonra təhsil müəssisi səhvlərini anlayıb. Universitetin rəsmi saytında və digər xəbər agentliklərində bu, aradan qaldırılıb.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?