13.09.2026 - 13:28
Ölkə 19 baxış

UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov təhsil müddətinin azaldılması ilə bağlı müzakirələrə dair öz fikirlərini açıqlayıb. O, bakalavr təhsilinin 3 ilə, magistr təhsilinin isə 1 ilə endirilməsi məsələsinin əhəmiyyətli və zəruri olduğunu vurğulayıb. Lakin təhsil müddətinin azaldılması ilə təhsilin inkişafının tam təmin olunmayacağını da qeyd edib.

Minval.info xəbər verir ki, rektor Ədalət Muradov doktorantura təhsilinin müddətinin azaldılması məsələsinə də toxunub. O, Norveç Biznes Məktəbinin professoru Adrian Furnhamın fikirlərinə istinad edərək, eksperimental elmlər üzrə PhD proqramının 15-18 ay ərzində uğurla başa çatdırılmasının mümkün olduğunu bildirib. Furnhamın fikrincə, doktoranturanın əsas məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir.

Professor Furnham, doktorantların tədqiqatçı kimi işləməsini ən effektiv öyrənmə üsulu hesab edir və PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil, tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır. O, PhD-nin keyfiyyətinin onun müddətindən çox, doktorantın qazandığı tədqiqat bacarıqları və elmi nəticələrlə ölçülməli olduğunu qeyd edir.

Ədalət Muradov bu kimi aktual məsələlərin müzakirə edilməsinin faydalı olduğunu və təhsilin gələcəyi ilə bağlı sualların cavablandırılmasının vacibliyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: