Ukraynanın təhsil naziri azərbaycanlı tələbələrə müraciət etdi

Azərbaycanlı tələbələrin Ukraynanın bir sıra ali məktəblərinin diplomlarının tanınmaması ilə bağlı problemindən xəbərdaram. Demək istəyirəm ki, artıq bunu həll edirik.
Minval.İnfo-nun məlumatına görə, bu fikirləri Report-a müsahibəsində Ukraynanın təhsil naziri Liliya Qrineviç deyib.
Onun sözlərinə görə, Azərbaycanda, əsasən, ya çox zəif olan, ya da özəl ali məktəblərin diplomları tanınmır:
“2014-cü ildən bəri Ukraynada Azərbaycan diplomlarının tanınması təxminən yeddi dəfə artıb. Bu, o deməkdir ki, indi Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq edirik və hansı universitetlərin diplomlarını tanıya biləcəyimizi dəqiq bilirik”.
Nazir azərbaycanlı tələbələrə müraciət edərək onlardan təhsil alacaqları universitet barədə məlumat toplamalarını, onun xarici tələbələr üçün təhsil proqramlarına lisenziyasının olub-olmadığını yoxlamalarını istəyib. O, daha ətraflı məlumat üçün Ukrayna Beynəlxalq Təhsil Mərkəzinə müraciət edilməsini məsləhət görüb.
“Ukrayna diplomlarının təsdiqlənməsinə dair sorğu aldığımız zaman bu məsələlərlə fərqli struktur – Akademik Mobillik üzrə Milli İnformasiya Mərkəzi məşğul olur. Bu Mərkəz artıq Azərbaycandan olan bir çox sənədlərlə məşğuldur. Mərkəzdən diplomun mütləq təsdiqlənməsi üçün daxil olmaq istədiyiniz universitetin hansı cəhətlərinin olmasının zəruriliyi barədə məlumat da almaq olar.
Eyni zamanda, Mərkəzin Ukrayna, rus və ingilis dillərində hazırlanmış saytında diplomun tanınması üçün təqdim edilməli olan bütün sənədlərin siyahısını da əldə edə bilərsiniz”, – L.Qrineviç əlavə edib.
Nazir qeyd edib ki, Ukraynada universitetlərin “qara siyahısı” da var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski SOCAR-dan şaurma aldı, selfi çəkdirdi – Foto
Putinin “Uçan Kreml”i — Dünyanın ən lüks təyyarəsi - FOTOLAR
ABŞ Alyaska kimi Qrenlandiyanı da almaq istəyir
Polşalı hərbçi Belarusdan sığınacaq istədi
Maduro Venesuela prezidenti postunu tərk etməyəcəyini bildirib
11 yaşlı erməni Rəşid Behbudovun mahnısını oxudu - VİDEO