Ukraynalı general Rusiya ilə “böyük müharibə”dən söz açdı
Ukrayna silahlı qüvvələri Baş qərargah rəisinin sabiq müavini İqor Romanenko hesab edir ki,
Rusiya tərəfi Ukrayna gəmilərinin Azov dənizinə çıxışını bağlıya bilər, bu isə iki ölkə arasında “böyük müharibə” ehtimalını artıracaq.
Oxu.Azxəbər verir ki, bu barədə general “Apostrof”a müsahibəsində deyib.
Onun sözlərinə əsasən, belə toqquşma məqsədə uyğun deyil, çünki Ukrayna ordusu Rusiya ordusuna layiqli cavab vermək iqtidarında deyil.
“Qərb bizə ordu ilə yardım etməyəcək, çünki qarşıdurmanın genişlənərək üçüncü dünya müharibəsinə çevrilməsini istəmir. Bizə yalnız diplomatik, siyasi və hərbi sahələrdə fəal köməklik göstəriləcək”, – Romanenko deyib.
Hərbçi həmçinin Rusiyaya tətbiq edilən sanksiyaların güclənəcəyini də ehtimal edib, hərçənd onların ciddi təsirinə şübhə ilə yanaşır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür