Ukraynalı deputatı döyən şəxs Bakıda tutuldu
Ukrayna radasının deputatı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda saxlanılıb.
Bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov açıqlama verib.
Avakovun sözlərinə görə, hücum edənlərdən üçü hadisə yerində saxlanılıb və onlar barədə qətimkan tədbiri seçilib.
“Dördüncü iştirakçı isə hadisədən 20 dəqiqə sonra bilet alaraq, 2,5-3 saatdan sonra Bakıya uçub.Sərhədi keçən zaman onun şəxsiyyəti hələ müəyyən edilməmişdi.
Bununla belə aidiyyəti qurumlar onun bir neçə maddə üzrə şübhəli bilindiyi barədə məlumatlandırılıb və o, axtarışa verilib. Bu gün o, bizim azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb”,- deyə DİN rəhbəri bildirib.
Xatırladaq ki, aprelin 30-da Kiyevdə maşın yolunda düşən münaqişə nəticəsində aralarında Rusiya vətəndaşları olan dörd şəxs deputat Nayemə hücum edərək ona fiziki xəsarətlər yetirib. oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir