Ukraynada müharibə nəticəsində 191 uşaq ölüb
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 191 uşaq ölüb, 349-dan çox uşaq yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 13-ü səhər saatlarına olan məlumata əsasan, Rusiyanın hərbi əməliyyatları nəticəsində 540 uşaq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Uşaqlar daha çox Donetsk (113 uşaq), Kiyev (102), Xarkov (79), Çerniqov (79), Nikolayev (40), Xerson (38), Luqansk (36), Zaporojye (23) vilayətlərində, Kiyev (23), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.
Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu cinayət məsuliyyəti LƏĞV EDİLDİ
Bakıda mağazanın qarşısından motosikleti oğurladılar - ANBAAN VİDEO
Bakıda 70 kiloqramlıq seyfi oğurlanan şəxs eks-nazir müavinidir - Foto
Qardaş ölkə də Bakıdakı dəhşətli yanğından yazdı - FOTO
Rusiya gürcü ssenarisinə ümid edirdi...