13.09.2026 - 17:12
Lent 20 baxış

Süni intellekt hansı peşələri yox edəcək?

Süni intellektin sürətlə inkişafı əmək bazarının gələcəyinə dair təsəvvürləri dəyişdirir. Son illərdə bu texnologiyanın imkanlarının genişlənməsi, xüsusilə fiziki və təkrarlanan əməyin gələcəyi ilə bağlı sualları gündəmə gətirib. Almaniyanın robototexnika şirkəti “Neura Robotics”in təsisçisi Devid Reger, fiziki əməyin yaxın 2-5 il ərzində demək olar ki, bütün sahələrdə robotlar tərəfindən əvəzlənə biləcəyini bildirib.

Minval.info xəbər verir ki, əmək bazarı üzrə ekspert İlkin Mirzəzadə, süni intellekt və avtomatlaşdırmanın təsirinin ölkələrin inkişaf səviyyəsindən asılı olaraq dəyişəcəyini qeyd edir. İnkişaf etmiş ölkələrdə bu texnologiyaların tətbiqi 5-8 il ərzində baş verə bilərsə, digər ölkələrdə bu proses daha uzun müddət ala bilər. Lakin, əl əməyinin tamamilə sıradan çıxmayacağı, lakin istehsalat proseslərində payının azalacağı gözlənilir.

Ekspertlər hesab edir ki, ilk növbədə avtomatlaşdırılması asan olan və təkrarlanan işlər, məsələn, qablaşdırma, məlumatların daxil edilməsi, kassir və operator fəaliyyəti kimi sahələr süni intellektin təsiri ilə dəyişəcək. Analitik düşüncə və qərarvermə tələb edən peşələrə isə ehtiyac qalacaq. Gələcəkdə əmək bazarında süni intellekti yaradanlar və onunla işləməyi bacaranlar əsas rol oynayacaq. Bu texnologiyalarla işləməyi bacarmayanlar isə tədricən əmək bazarından çıxacaqlar.

İqtisadçı-ekspert Emin Qəribli, yeni sənaye inqilabı, rəqəmsallaşma və süni intellektin əmək bazarında ciddi dəyişikliklərə səbəb olacağını bildirir. Müxtəlif sahələrdə ixtisarların və robotların insan əməyini əvəz etməsinin sürəti ölkələrə və sahələrə görə fərqlənəcək. Gələcəkdə əsas tələbat süni intellektlə işləməyi bacaran insanlara olacaq və bu prosesdən qorxmaq əvəzinə, maksimal biliklərlə hazırlaşmaq lazımdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: