Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Bakıda yerləşən ‘8-ci kilometr maşın bazarı’nda sürücülərdən alınan ödənişlərin artması narazılığa səbəb olub. Sürücülər bildirirlər ki, bazara giriş üçün əvvəlcə 50 qəpik ödəniş edirlər, lakin tez-tez gəlib-getdikdə bu məbləğ artır. Bəzi hallarda ödəniş 5, 6, hətta 10 manata qədər yüksəlir.
Minval.info xəbər verir ki, sürücülər bu yanaşmanın məntiqsiz olduğunu düşünürlər. Onların fikrincə, bir məhsulu daha çox aldıqda və ya xidmətə daha çox müraciət etdikdə endirim tətbiq olunmalıdır. Lakin burada əksinə, bazara nə qədər çox gəlib-gedirsənsə, bir o qədər çox ödəniş etməlisən. Sürücülər bu qaydadan narazıdırlar və şikayətlərini bildirirlər.
Bazarın nümayəndəsi Xəyal Babayevin sözlərinə görə, sahibkarlar üçün ayrıca beş manatlıq tarif müəyyənləşdirilib. O qeyd edib ki, bu tariflər bazara tez-tez girib-çıxan şəxslərin artıq sahibkar kimi hesablanması üçün nəzərdə tutulub. ‘Rəhbərlik bu qaydada tənzimləyib ki, maşınların giriş-çıxışı az olsun’, – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb