Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Türkiyənin tanınmış tekstil şirkəti ‘Orta Anadolu’, 73 illik fəaliyyətindən sonra istehsalını dayandıraraq qapılarını bağlayıb. Şirkət, Kayseridə yerləşən müəssisəsində istehsal fəaliyyətini sentyabrın 11-də dayandırıb və sentyabrın 12-dən etibarən tamamilə bağlanıb.
Minval.info xəbər verir ki, 1953-cü ildə fəaliyyətə başlayan ‘Orta Anadolu’, 1986-cı ildən etibarən dünyanın tanınmış brendləri üçün premium denim parçalar istehsal edirdi. Şirkətin açıqlamasına görə, qlobal tekstil bazarında tələbin azalması, artan istehsal və maliyyə xərcləri, təchizat zəncirindəki problemlər və dəyişən ticarət şərtləri fəaliyyətin davam etdirilməsini çətinləşdirib.
Şirkət, xərclərin azaldılması və yenidən strukturlaşdırma istiqamətində müxtəlif tədbirlər görsə də, mövcud iqtisadi şəraitdə istehsal modelinin davamlı olmadığı qənaətinə gəlib. Jurnalist Fatih Altaylı, ‘Orta Anadolu’nu Türkiyənin deyil, dünyanın ən mühüm denim istehsalçılarından biri kimi qiymətləndirib və şirkətin hər il yüz milyonlarla dollarlıq ixrac həyata keçirdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır