Ukraynada hərbi vəziyyət elan edildi

Prezident Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət elan edilməsi ilə bağlı qərarına dair sərəncam imzalayıb.
Bu barədə prezidentin saytında məlumat verilib.
Dövlət başçısının müvafiq fərmanında qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukraynanın dövlət suverenliyinin və müstəqilliyinin təmin edilməsi və Ukraynada hərbi vəziyyətin tətbiqi üzrə təcili təbdirlər haqqında” qərarı 2018-ci il noyabrın 26-dan qüvvəyə minsin.
Ukrayna Prezidenti hərbi vəziyyətin tətbiqi ilə bağlı sənədi təsdiq olunması üçün Ali Radaya göndərib. Hərbi vəziyyət Ali Radanın təsdiqindən sonra qüvvəyə minəcək və noyabrın 26-dan 2019-cu ilin yanvarın 26-na kimi davam edəcək. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!