Ukrayna “Moskva” kreyserini vurdu
Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub.
“Minval.info” xəbər verir ki, bu barədə teleqramda Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat paylaşıb.
“Moskva” kreyserinin bu gün Zmeynıy adasında sərhədçilərimiz tərəfindən göndərildiyi yerə getdiyi təsdiqlənib. Qara dənizi qoruyan “Neptun” raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub”, – Marçenko bildirib.
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç də Rusiya donanmasının flaqmanında baş verən yanğınla bağlı məlumat verib.
Onun sözlərinə görə, “Moskva”da 510 ekipaj üzvü var və yanğının aradan qaldırılması fırtına ilə çətinləşib. O, həmçinin, bunun Zmeynıy adasının müdafiəçilərinin təslim olmasını tələb edən “döyüş gəmisi” olduğunu təsdiqləyib.
Xatırladaq ki, “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur