Ukrayna bütün donanmanı səfərbər etdi - Rusiya hərbçiləri ilə toqquşma
Rusiyanın Qara dənizdə təcavüzkar addımı ilə bağlı Ukraynanın Hərbi Dəniz Qüvvələrinin bütün heyəti həyəcanla qaldırılıb. Odessada yerləşən gəmilər dünən axşamdan dənizə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə TSN kanalının hazırladığı süjetdə deyilib. Bildirilib ki, bütün güc strukturların gücləndirilmiş iş rejiminə keçib.
Odessalıların Rusiya konsulluğuna hücumunun qarşısını almaq və qorumaq məqsədilə hüquq-mühafizə orqanları əlavə qüvvə gətiriblər.
Səhər saatlarından odessalıların etiraz aksiyalarına başlayacağı bildirilir.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Almaniyada Merkel dövrü başa çatır: o, partiya sədrliyindən gedir
KİV: "ABŞ Çində koronavirusun tədqiqini maliyyələşdirib"
Müqavilə pozuldu: Ərdoğan hər an düyməyə basa bilər - ŞOK İDDİA
Tanınmış iş adamının qızı intihar etdi - Yaşadığı evdə...
Pakistan Hindistan üçün hava məkanını bağlayır
İki Avropa ölkəsi ruslara Şengen qadağasına qarşı çıxdı
Oğlan küçədə gənc qızı yumruqladı - VİDEO