Ukrayna Almaniyadan silah ala bilər
“Diplomatiyanın köməyi ilə NATO-nun Dəstək və Təchizat Agentliyi üzərindən Almaniyadan silah alınması məsələsini həll etmək olar”.
Minval.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə açıqlamasında deyib.
“Hətta mən Avropa və avro-atlantik inteqrasiya üzrə Baş nazirin müavini olanda da biz Ukraynanın NATO-nun müdafiə təchizatı sisteminə daxil olması üçün çalışırdıq. Biz bu problemi həll etdik. Ukrayna bunu əldə edib. Bu o deməkdir ki, Ukrayna Müdafiə Nazirliyi birbaşa olaraq müttəfiqlərdən silah və ya hərbi texnika ala bilər. Lakin bu alqı-satqı avtomatik baş vermir. Onların siyasi razılığa ehtiyacı var”, – XİN başçısı söyləyib.
Nazirin sözlərinə görə, Ukrayna Alyansın bəzi üzvləri ilə bu prosesin necə baş verəcəyi ilə bağlı müəyyən müzakirələr aparır.
“Əminəm ki, biz indi diplomatlar kimi bu barədə onlarla ikitərəfli səviyyədə danışmalıyıq, ona görə bunun həllolunmaz olduğunu sanmıram. Biz bunu danışıqlarda tam həll edə bilərik. Ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə bu məsələni müzakirə edirdik və qənaətə gəldik ki, diplomatik danışıqlar istənilən vəziyyətin həllini axtarmaq üçün kifayət edəcək”, – D.Kuleba vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan prezidenti etirazçılara səsləndi
Deputatların maaşı artırılmayıb - Rəsmən təkzib olundu
Prezident işdən çıxarılan icra başçılarından danışdı
ABŞ-ın Türkiyə qarşısında iki ağır şərti
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir