07.09.2021 - 12:35
Dünya 16 baxış

Türkmənistan Prezidenti Özbəkistana rəsmi səfər edəcək

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yaxın günlərdə Özbəkistana rəsmi səfər edəcək.

“Minval.info”  “CentralAsia”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı işgüzar video-müşavirədə bildirib.

Məlumata görə, o, Türkmənistan Baş nazirinin müavini Əsənmurad Orazgəldiyev özbəkistanlı həmkarı ilə səfərlə bağlı müzakirə aparmağı, qarşıdan gələn həftə keçiriləcək Türkmənistan-Özbəkistan birgə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair müqavilələrin imzalanmaya hazırlamağı tapşırıb.

Bildirilib ki, Türkmənistan lideri axırıncı dəfə 2019-cu ilin noyabrında Özbəkistana səfər edib. Bu ilin avqustunda iki ölkənin prezidentləri Xəzər dənizi sahillərində, “Avaz” turist bölgəsində Mərkəzi Asiya ölkələrinin 3-cü məşvərət toplantısı çərçivəsində görüşüblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: