07.10.2026 - 16:29
Çavuşoğlu Bakıda sülhün yalnız müharibə ilə bitmədiyini vurğuladı
Siyasət 5 baxış

Çavuşoğlu Bakıda sülhün yalnız müharibə ilə bitmədiyini vurğuladı

Davamlı sülhün təmin olunması yalnız hərbi əməliyyatların sona çatması ilə məhdudlaşmır. Barışıq prosesi də bu istiqamətdə mühüm rol oynayır.

Minval.info xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin üzvü, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən IV Beynəlxalq konfransda danışıb. Konfrans, itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində təşkil olunub.

Çavuşoğlu, Cənubi Qafqazın münaqişə, məcburi köçkünlük və humanitar çətinliklərlə üzləşdiyini vurğulayıb. O, Ermənistan və Azərbaycan arasında əldə edilən ilkin sülh anlaşmasına itkin düşmüş şəxslərin daxil edilməsini mühüm bir addım kimi qiymətləndirib.

Keçmiş nazir bildirib ki, bu məsələ geniş sülh prosesinin bir parçası olaraq qəbul edilir. Itkinlərlə bağlı problemin sülh quruculuğu və barışıq prosesinin vacib elementi kimi tanınmasının, insanlar arasında qarşılıqlı etimadı artıracağını və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacağını qeyd edib.

“Cənubi Qafqazda sülh yalnız hərbi əməliyyatların sona çatması ilə bitməməlidir. Sülh, itkin düşmüş şəxslərin ailələrinin qəlbinə də gəlməlidir”, – deyə Çavuşoğlu əlavə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: